Neft ixrac edən ölkələrin təşkilatı – OPEC-in baş katibi Mohammad Barkindo kartellə qeyri-OPEC ölkələri arasında əməkdaşlığa çağırıb. O xəbərdarlıq edib ki, bu baş verməzsə, bir-birinin ardınca böhran yaranar.
“Bir böhrandan digərinə sürüklənməməyimiz üçün OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq vacibdir”, – Barkindo Madriddə İspaniyanın Cepsa neft və qaz şirkətinin təşkil etdiyi tədbirdə deyib.
İranın neft naziri Bijan Zanganeh bazar günü demişdi ki, OPEC və qeyri-OPEC nazirləri komitəsinin qərarlarına ABŞ prezidenti Donald Trump-ın sözləri təsir göstərməyəcək.
Trump tvitində Birləşmiş Ştatların Yaxın Şərq ölkələrinə dəstəyini neftin qiymətləri ilə əlaqələndirib, OPEC-i qiymətləri aşağı salmağa çağırıb.
OPEC və müttəfiqləri avqustda hasilatı azaldıb. Artıq ABŞ sanksiyaları nəticəsində İrandan təchizat da azalıb.
Barkindo onu da qeyd edib ki, 2040-cı ilədək enerjiyə qlobal tələbat 33 faiz yüksələcək. O, təşkilatın bazar günü açıqladığı proqnozu əsas gətirib.
Neft karteli rəhbərinin sözlərinə görə, proqnozlaşdırılan gələcəkdə neft enerjiyə tələbatda aparıcı rolunu saxlayacaq.