Bakıda küləkli hava davam edəcək

Yağış

Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-17, gündüz 21-24, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 28-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə 13-18, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Son günlər paytaxt Bakıda küləkli, bir sıra rayonlarda yağıntılı hava hökm sürür.