Zaqatalada qoz-fındıq festivalı başlayıb

Foto arxiv

Bu gün, sentyabrın 29-da Zaqatalada 1-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalı sbaşlayıb.

Bu haqda rayonun icra hakimiyyətinin məlumatında bildirilir.

Rayon icra hakimiyyətinin təşkil etdiyi festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların nümayiş etdirildiyi, müxtəlif müsabiqələrin, yarışların təşkilinin planlaşdırıldığı bildirilir.

Festivalda Azərbaycanda fəaliyyət göstərən 13-dən çox xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, deputatlar iştirak edirlər.

İcra hakimiyyəti festivalın təşkilinin əsas məqsədinin Azərbaycanın, eləcə də Zaqatalanın iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirmək olduğunu qeyd edir.

Festival iştirakçıları günün birinci yarısında fındıq müəssisələrinə baxış keçiriblər. Daha sonra Zaqatalanın mərkəzindəki “Dədə Qorqud” meydanında festivalın rəsmi açılış mərasimi olub. Meydanda təşkil olunmuş yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdirilib.

Festival günün sonuna qədər davam edicək.