'Müflisləşmə haqqında' Qanuna dəyişiklik istənir

Ə.Məsimli

«Azərbaycanda kredit risklərinin sığortalanması haqqında qanun layihəsi hazırlanaraq qəbul olunmalıdır, bu qanuna ehtiyac var».

«Report» xəbər verir ki, bunu Milli Məclisin bu gün, oktyabrın 1-də keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlərlə bağlı mümkün gərginliyi azalda bilər.

Deputat həmçinin, xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də «Müflisləşmə haqqında» Qanunda dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Xatırlatma

Azərbaycanda xarici valyutada götürülən kreditlərin qaytarılması ilə bağlı problemlər, əsasən, 2015-ci ildən özünü göstərməyə başlayıb. Həmin il manat iki dəfə devalvasiyaya uğrayaraq, dollar qarşısında iki dəfə dəyər itirib. Hazırda ölkədə problemli kreditlərin 1.8 milyard manata yaxın olduğu bildirilir.