Ruslan Başirov olduğu deyilən Çepiqa kimdir

R.Başirov/A.Çepiqa

«Dosye» Mərkəzi Rusiya hərbi kəşfiyyatının (keçmiş Baş Kəşfiyyat İdarəsi - QRU) polkovniki olduğu deyilən Anatoli Çepiqa haqqında yeni məlumatlar əldə edib. «Bellingcat» araşdırma qrupunun iddiasına görə, sözügedən şəxsin Britaniyada «Ruslan Başirov» adı altında Sergey və Yuliya Skripalları zəhərləməsindən şübhələnirlər.

Mərkəzin araşdırmalarına görə, polkovnik Çepiqa, əsasən, adi tələbə kimi Rusiya Dövlət Humanitar Universitetinin yataqxanasında yaşayıb.

2000-ci illərin ortasından keçmiş Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı 14-cü briqadasının mayoru olan Çepiqanın Hərbi-Diplomatik Akademiyasının tələbələri arasından seçildiyi deyilir.

Mərkəz kəşfiyyatçıya verilən xarakteristikasının əla olduğunu qeyd edir: 3 dəfə Çeçenistanda olub, mükafatları var, mənən güclüdür, yaxşı ailə başçısıdır.

«Dosye»nin məlumatına görə, 2014-cü ilin fevralında BKİ əməkdaşı Çepiqa Rusiya Müdafiə Nazirliyinin Xüsusi əməliyyatlar qüvvəsinin tərkibində Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin evakuasiyasında iştirak edib. Buna görə Rusiya Qəhrəmanı adını alıb.

«Dosye» həmçinin, çox sayda sənədlərin fotonüsxələrini və oradakı təfərrüatları çap edib. Orda təkcə Çepiqadan danışılmır, keçmiş qurumun üzvü olduğu güman edilən başqa şəxslər haqda da məlumatlar verilir, onların hamısının Moskvada eyni ünvanda qeydiyyatdan keçdiyi bəlli olur.

Araşdırma müəllifi jurnalist Sergey Kanevdir, o bugünlərdə Rusiya hakimiyyətinin təqiblərindən ehtiyatlanaraq ölkəni tərk edib.