Rusiya Suriyaya S-300 raketləri verib

S-300

S-300 zenit-raket kompleksləri Suriyaya çatdırılıb. TASS- xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurası qarşısında hesabat verən müdafiə naziri Sergey Şoyqu belə deyib. Komplektdə lokatorla yanaşı, dörd buraxılış qurğusu, maşın idarəetmə sistemlərinin yerləşdirildiyi bildirilir.

S-300-lərin Dəməşqə iki həftə ərzində çatdırılması planı sentyabrın 24-də açıqlanıb.

Suriyaya raket komplekslərinin verilməsinə səbəb sentyabrın 17-də Aralıq dənizi səmasında insident səbəb olub. İsrail tərəf Latakiya vilayətindəki obyektlər üzərində aviareyd keçirərkən Rusiyaya məxsus İl-20 təyyarəsi vurulmuşdu. Təyyarənin içərisindəki 15 hərbi qulluqçu həlak olmuşdu.