Oktyabrın 3-də 2018-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüş laureatların adları acıqlanıb. Bunlar amerikalı Frensis Arnold, Corc Smit, eləcə də Kembric Universitetinin alimi Gregori Vinterdir. Bu üç alim təkamül sahəsindəki araşdırmalarına görə mükafatlandırılıblar.
F.Arnold fermentlərin təkamülü, C.Smit və G.Vinter isə peptid və antitellər ilə bağlı araşdırma aparıblar. Alimlərin bu sahədəki kəşfi Nobel Komitəsində «təkamül yardımı ilə inqilab» adlandırılıb.
Nobel mükafatı hər il elm, ədəbiyyat və sülh üzrə verilir. Onu İsveç sənayeçisi Alfred Nobel təsis edib. Mükafatlar hər il dekabrın 10-da Nobelin ölümünün ildönümündə təqdim olunur. Pul mükafatı 1 milyon dollardır.