Ermənistanda 6 qubernator işdən çıxarıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Pashinyan deyir ki, parlamentdəki fraksiyalar tezliklə açıq mövqe bildirəcəklər

Ermənistan hökuməti oktyabrın 4-də «Çiçəklənən Ermənistan» və «Daşnaksutyun» partiyalarından olan 6 qubernatoru işdən çıxarıb.

Bir gün öncə isə prezident həmin partiyalardan olan 6 naziri istefaya göndərmişdi.

Oktyabrın 2-də növbədənkənar seçkiləri çətinləşdirən qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub. İşdən çıxarılan 6 nazirin bu sənədə dəstək verdikləri bildirilir.

Sənədin qəbulundan sonra parlament önündə etirazçılar toplaşıb. Baş nazir Paşinyan parlamentin addımını «əks inqilab» adlandırıb.