İndoneziyada ölənlərin sayı 1000-i keçib

Minlərlə bina dağılıb

İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 1558 nəfərdir. Bu haqda Fövqəladə Hallar Komissiyasından deyiblər.

Qurumdan davamlı beynəlxalq yardım aldıqlarını, ancaq dağıntılar ucbatından onu ehtiyacı olanlara çatdıra bilmədiklərini söyləyiblər. 11 ölkə İndoneziyaya yardım dolu təyyarə göndərib.

Ötən həftə İndoneziya adası Sulavesidə iki yeraltı təkan, az sonra sunami baş verib. Dalğaların hündürlüyü bir neçə metrə çatıb. Xəbərdarlıq sistemi çalışmayıb.

Minlərlə bina dağılıb. Zərərçəkən bölgələrdə xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət qurumları təhlükəli xəstəliklərin yayılmasından çəkinirlər. Qida, su, yanacaq və başqa həyati vacib malların çatmaması haqda xəbərlər gəlməkdədir.