Şaxta gözlənir

Foto arxiv

Oktyabrın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənir. Mülayim cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 13-16, gündüz 18-21 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 8-də ölkənin əksər rayonlarında da yağış yağacağı ehtimalı var.

Gecə 5-15, gündüz 17-23, Naxçıvan Muxtar Respublikasında 25-30, dağlarda gecə 0-5, gündüz 6-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə gecə 3-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təxmin edilir.