İnterpolun keçmiş rəhbəri rüşvətxorluqda şübhəli bilinir

Meng Hongwei, arxiv fotosu

Çin hökuməti İnterpolun keçmiş çinli rəhbəri Meng Hongwei-yə qarşı rüşvətxorluq və digər cinayətlər üzrə araşdırma aparıldığını təsdiqləyib.

Dövlət Təhlükəsizlik Nazirliyi oktyabrın 8-də yaydığı bəyanatda bildirir ki, keçmiş rəsmi rüşvət alıb verməkdə, qanunu pozmaqda şübhəli bilinir.

Meng sentyabrın 25-də beynəlxalq hüquq-mühafizə təşkilatı olan İnterpolun yerləşdiyi Fransanın Lyon şəhərindən Çinə getmişdi, onun barəsində məlumat olmadığı bildirilirdi.

Prezidentin haraya getməsi haqda bir neçə günlük spekulyasiya dolaşdı. Nəhayət, Çinin antikorrupsiya agentliyi oktyabrın 7-də bir cümləlik bəyanatında bildirdi ki, o, “qanunu pozmaqda şübhəli bilinir, barəsində araşdırma gedir”.

Milli Nəzarət Komissiyası adlanan agentlik dövlət rəsmilərinə bağlı korrupsiya hallarını araşdırır.

Elə həmin gün İnterpol Mengin istefaya getdiyini açıqlayıb, əlavə informasiya verməyib.

Meng İnterpolun prezidenti olmaqla yanaşı, Çində dövlət təhlükəsizliyi nazirinin müavini idi.