Titiev Vaclav Havel mükafatı aldı

Oyub Titiev

Rusiyanın Çeçenistan respublikasında həbsdə olan insan haqları fəalı Oyub Titiev Vaclav Havel İnsan Haqları Mükafatına layiq görülüb. O, narkotik saxlama ittihamıyla həbs olunub.

Oktyabrın 8-də Avropa Şurası Parlament Assambleyası mükafatın qalibini açıqlayıb.

Titiev Rusiyanın Memorial insan haqları qrupunun Çeçenistan filialının rəhbəri idi. Onun sələfi Natalya Estemirova 2009-cu ildə öldürülüb. Titiev yanvarda Çeçenistanda həbs olunub.

Biz Titiev və həmkarlarının üzləşdiyi çətinliklərdən tam xəbərdarıq”, – AŞPA-nın prezidenti Liliane Maury Pasquier deyib.

Bu mükafat onun və Memorial-ın gördüyü işə görə verilir. Bu həm də regionda hüququn aliliyi və insan haqları prinsiplərinin oturuşmasından ötrü çalışanlara bir mesajdır”, – prezident vurğulayıb.