Birləşmiş Ştatlar Beynəlxalq Ədalət Məhkəməsinin hakimlərindən xahiş edir ki, İranın iddiasını rədd eləsin. İran ABŞ məhkəmələrinin müsadirə etdiyi 1,75 milyard dollarlıq bank aktivlərinin bərpasını istəyir.
Həmin vəsait 1979-cu il İslam İnqilabı zamanı müsadirə olunub.
ABŞ Ali Məhkəməsi 2016-cı ildə qərar çıxarıb ki, bu pul İranın təşkil etdiyi iddia olunan terror hücumlarının amerikalı qurbanlarına verilsin. Həmin hücumlar sırasında 1983-cü ildə Beyrutdakı ABŞ dəniz piyadaları baraklarının bombalanması da var, o zaman 241 əsgər həlak olub. 1996-cı ildə isə Səudiyyə Ərəbistanındakı Khobar Qüllələri bombalanıb.
“Bu işin kökündə İranın beynəlxalq terrorçuluğa dəstəyi dayanır”, – ABŞ Dövlət departamentinin hüquq müşaviri Richard Visek məhkəmədə deyib.
İran BMT-nin ali məhkəməsində ABŞ iqtisadi sanksiyalarına qarşı ayrıca iddia qaldırıb və məhkəmə ötən həftə bu məsələdə Tehranın xeyrinə qərar çıxarıb.