9 ayda qiymətlər nə qədər artıb - Rəsmi

Sizin brauzer HTML5-i dəstəkləmir

Dövlət maaşına necə dolanmaq olur?

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində bahalaşmanın miqdarı açıqlanıb.

Dövlət Statistika Komitəsinin (DSK) yeni açıqlanmış məlumatına görə, 2017-ci ilin uygun dövrü ilə müqayisədə bahalaşma ortalama 2.6 faiz təşkil edib.

Ərzaq məhsullarının qiymətlərinin 2.5, qeyri-ərzaq mallarının 3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinin isə 2.5 faiz artdığı bildirilir.

Sentyabr ayında da bahalaşma qeydə alınıb. Avqust ayı ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.2 faiz artıb.

Ötən il ölkədə inflyasiya 13 faiz civarında olmuşdu.

Bəzi ekspertlər DSK-nın açıqladığı rəqəmlərə şübhə ilə yanaşırlar.