Ukrayna 8 ölkə ilə birgə hərbi-hava təimləri keçirir

Ukraynada F-15 təyyarəsi. 12 oktyabr,2018

Ukrayna ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Niderland, Polşa, Rumınya və Estoniya ilə birgə hərbi-hava tlimləri keçirir.

Bu müstəqillik qazandıqdan sonra ölkənin keçirdiyi ilk çoxmillətli təlimdir.

Reutersin məlumatına görə, oktyabrın 8-dən başlayan “Açıq səma 2018” təlimləri ayın 19-dək davam edəcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna ABŞ-da daxil olmaqla 8 ölkə ilə birgə hərbi-hava təlimləri keçirir

Təlimlər Kiyevin 320 kilometrliyindəki Starokonstantiniv hərbi-hava bazasında keçirilir.

Pilotlar oktyabrın 12-də müxtəlif şəraitlərdə uçuş və eniş edib, hərbi qulluqçuların evakuasiyasını məşq ediblər.

Hərbi təlimlərdə Ukraynanın SU-24, SU-27 və MİG-29 təyyarələri, Həmçinin ABŞ hava qüvvələrinin F-15 qırıcıları iştirak ediblər.