Bakıda külək, rayonlarda yağış gözlənir

Bakıda yağış

Oktyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 13-15, gündüz 18-21 dərəcə isti proqnozlaşdırılır.

Ölkənin əksər rayonlarında isə yağış gayağcağı ehtimalı var. Gecə 7-15, gündüz 16-26, dağlarda gecə 2-8, gündüz, 9-14 dərəəcə isti təxmin edilir.