Lənkəran-Astara zonasında leysan gözlənir

Yağış

Oktyabrın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında da oktyabrın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı, Lənkəran-Astara zonasında yağışın leysana keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı təxmin edilir. Gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti proqnozlaşdırılır.