Microsoft-un qurucusu vəfat edib

Paul Allen (solda) və Bill Gates

Microsoft Korporasiyasının qurucularından biri Paul Allen oktyabrın 15-də 65 yaşında vəfat edib. O, vaxtilə məktəb yoldaşı Bill Gates-i dilə tutmuşdu ki, Harvardı buraxsın. Beləliklə, onlar gələcəyin ən böyük proqram şirkətini yaratmağa başlamışdılar.

Allen Microsoft-dan 1983-cü ildə, Gates-lə mübahisə edərək gedib. Onda şirkət hələ korporasiyaya çevrilməmişdi. Ancaq ilkin tərəfdaşlıqdakı payı ona ömrünün qalan hissəsini yaxtalara, incəsənətə, rok musiqisinə, idman komandalarına, beyin tədqiqatına, daşınmaz əmlaka milyardlarla dollar xərcləməyə imkan verdi.

Allen-in ailəsi onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyini bildirib.

Oktyabrın əvvəlində Allen bu xəstəlikdən müalicə olunduğunu, 2009-cu ildə də müalıcə aldığını bildirib.

Allen musiqisevər idi, əyləncə biznesində taınmış dostları var idi, U2 qrupundan Bono ilə dost idi. Ancaq diqqət mərkəzində olmağı sevmirdi, Merser Adasındakı iqamətgahında yaşayırdı.