Azərbaycanın şərqində yağış gözlənir

Yağış

Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə yağış yağacağı gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-16, gündüz 19-22, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 18-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, amma şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təxmin edilir.