BMT-nin Suriya elçisi istefa verir

Staffan de Mistura

BMT-nin Suriya üzrə elçisi istefa verir. Staffan de Mistura oktyabrın 17-də deyib ki, “tamamilə şəxsi səbəblərdən” noyabrda dörd illik vəzifəsindən istefa verməyi planlaşdırır. Onun sözlərinə görə, Suriya Prezidenti Bashar al-Assad-ın müharibədə irəliləyiş əldə etməsinə baxmayaraq, davamlı sülhün yalnız BMT çərçivəsində əldə oluna biləcəyinə inanır.

Bu il Suriya, Rusiya və İran qüvvələri ölkənin böyük hissəsinə nəzarəti ələ alıblar və bu da Suriyada yeddi ildir gedən vətəndaş müharibəsini bitirəcək beynəlxalq sülh razılaşmasının perspektivlərinə kölgə salır.

“Əsas məsələ sülhə nail olmaqdır. Bunun alternativi ərazi ələ keçirməkdir və bu zaman davamlı sülh olmayacaq”, – elçi deyib.

De Mistura münaqişə üzrə BMT-nin ən uzun müddətə xidmət edən elçisidir.

İndi qərb liderləri Assad-ı hədələyirlər ki, siyasi hakimiyyətin bölüşdürülməsi və yeni seçkilərin keçirilməsinə dair sazişə əməl etməsə, ölkənin bərpasına gərəkən vəsaiti ayırmayacaqlar. Onlar yalnız bu yolla müharibəni BMT-nin dəstəklədiyi yolla həll etməyə ümid edirlər.