Çiskinli hava gözlənir

Yağış

Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Səhər bəzi yerlərdə çiskin olacağı, cənub küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti proqnozlaşdırılır.

Oktyabrın 20-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə 11-16, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 15-19 dərəcə isti təxmin edilir.