Əfqanıstanda keçirilən parlament seçkiləri zamanı seçki məntəqələri və hökumət qüvvələrinə hücum nəticəsində azı 25 adam ölüb.
Bu barədə oktyabrın 20-də AzadlıqRadiosunun əfqan xidməti xəbər verir.
Seçkilər 2015-ci ildən təxirə salınmışdı və gözləndiyindən bir gün uzun sürüb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Təkcə paytaxt Kabildəki bir neçə seçki məntəqəsində partlayış törədilib, nəticədə azı 10 nəfər ölüb, 30-dan çox adamsa yaralanıb.
Mərkəzi Qor əyalətində də 11 polis, Tacikistanla sərhəddə yerləşən Kunduz əyalətində isə 3 nəfər öldürülüb.
Hücumlara baxmayaraq prezident Ashraf Ghani qocalı-cavanlı,kişili-qadınlı büyün əfqanları səs verməyə çağırıb.
Ölkədə 9 milyon seçici qeydə alınıb.
Onlar təxminən 2500 namizəd arasından 249 deputat seçməlidirlər.
“Taliban” hərəkatı ilə “İslam dövləti” qrupu sakinləri seçkini baykot etməyə çağırıblar.
BBC-nin məlumatına görə, seçkinin ilkin nəticələri noyabrdan tez gözlənmir.