İraqdakı kürd muxtariyyətində keçirilən seçkilərdə Masoud Barzani-nin partiyası qalib gəlib

Massoud Barzani

İraqdakı kürd muxtariyyətində keçirilən seçkilərdə Masoud Barzani-nin hakim “Demokratik Kürdüstan Partiyası” (DKP) qalib gəlib.

Bu barədə Reuters agentliyi Mərkəzi Seçki Komisiyasına istinadla xəbər yayıb.

Seçki bu il sentyabrın 30-daq keçirilsə də çoxsaylı şikayətlərin araşdırılmasına görə rəsmi nəticələr oktyabrın 20-də elan edilib.

Barzani-nin partiyası parlamentdə 45, hakim kolaisiyanın tərəfdaşı “Kürdüstan Vətənpərvərlər İttifaqı” (KVİ) partlyası isə 21 yer qazanıb.

İri müxalifət partiyası olan “Dəyişiklik uğrunda hərəkat” partiyası isə 12 yer qazanıb.

İraqdakı kürd muxtariyyətinin parlamentində 111 deputat yeri var.

Qeyd edək ki, 1990-cı illərdə DKP və KVİ arasında vətəndaş müharibəsi olsa da sonradan hakimiyyəti bölüşmək üçün kolaisiya yaratdılar.