Texniki baxış qaydaları dəyişib

Texniki baxış

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı qaydalara dəyişiklik edilib. Texniki baxış nəzərdə tutulan müddət məhdudiyyəti qismən aradan qaldırılır.

Baş nazir Novruz Məmmədov əlaqəli sənədlərə dəyişiklikləri imzalayıb. Söhbət nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi, onlara texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları haqqında nümunəvi əsasnamələrdən gedir.

Dəyişikliklər indiyədək qüvvədə olan müddətlərə əməl edilməsi qaydasını aradan qaldırır. Yeni qaydaya görə, bütün nəqliyyat vasitələri texniki baxışdan keçdiyi vaxt tamam olduqdan sonrakı 20 gün ərzində yenidən texniki baxışdan keçirilməlidir. Bu qaydaya əməl etməyənlər inzibati məsuliyyətə cəlb ediləcəklər. Texniki baxış müddəti başa çatdıqdan sonrakı 20 gün ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirməyənlər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 50 manat məbləğində cərimə ediləcək. Buna görə cərimə əvvəl də mövcud idi.

Dəyişikliklərə əsasən, üstəlik, bundan sonra qeydiyyata alınan nəqliyyat vasitəsinə texniki baxış talonu elektron qaydada veriləcək.

İndiyədək texniki baxış zamanı talon təqdim edilir, həmin talon nəqliyyat vasitəsinin ön aynasına yapışdırılırdı.

Azərbaycanda avtomobillər istehsal olunduqları vaxtdan 4 il keçdikdə, 2 ildə 1 dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə isə, ildə 1 dəfə texniki baxışdan keçməlidir.

İndiyədək Azərbaycanda mexaniki nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ardıcıllıqla aparılırdı.

«VAZ», «QAZ», «Moskviç», «ZAZ», «UAZ» və digər MDB istehsalı olan minik avtomobilləri yanvarın 1-dən mayın 1-dək texniki baxışdan keçməli idi.

Başqa xarici ölkələrdə, habelə həmin ölkələrin baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti də 1 may - 1 avqust aralığında müəyyən edilmişdi.

Sentyabrın 1-dən oktyabrın 31-dək isə yük avtomobilləri və avtobuslar baxışdan keçməli idilər.