İranda iki treyder ölümə məhkum edilib

Rial ucuzlaşmaqdadır

İran Ali Məhkəməsi iki maliyyə treyderi barədə ölüm hökmünü qüvvədə saxlayıb. Onlar qanunsuz valyuta mübadiləsində və “iqtisadiyyatı pozmaq”da təqsirli biliniblər.

İran hakimiyyəti oktyabrın 22-də həmin şəxslərin Vahid MazlouminMohammad Esmail Ghasemi olduğunu bildirib. Yerli media sonuncu “Sikkə Sultanı” adlandırmışdı, onun İran valyutası ilə manipulyasiya məqsədilə iki ton qızıl sikkə yığdığı iddia olunurdu.

Rial ucuzlaşdıqca bir çox iranlılar pullarını qızıl sikkələrdə və başqa təhlükəsizlik sərmayədə saxlamağa çalışırlar.

Bu il rial ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb. Təhlilçilər bunu daha çox ABŞ sanksiyaları ilə əlaqələndirsə də, hökumət böhrana görə yerli valyuta alverçilərini də qınayır.