Bu gün, oktyabrın 25-də Bakıda Heydər Əliyev Mərkəzində VI Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb.
Forum «Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı» mövzusuna həsr olunub.
Tədbirə 80-dən çox ölkə və 20-dən çox beynəlxalq təşkilatdan bir neçə yüz şəxsin qatıldığı bildirilir.
Azərbaycan prezidenti İlham Əliyev də bu toplantıda iştirak edir.
Forum oktyabrın 26-da başa çatmalıdır.
Xatırlatma
Belə beynəlxalq humanitar forumların keçirilməsinin ilk təşəbbüsçüləri 2010-cu ildə Azərbaycan dövlət başçısı İ.Əliyev və Rusiya Federasiyasının ozamankı prezidenti D.Medvedev olub. Forum, bir qayda olaraq, Azərbaycanda keçirilir.
Bu Forumun tanınmış şəxslərin, dövlət və ictimai xadimlərin iştirakı ilə qlobal problemlərin müzakirəsində ünsiyyət vasitəsi olduğu bildirilir.
Bundan əvvəl, V Beynəlxalq Humanitar Forumu 2016-cı ilin sentyabrında keçirilmişdi.