Avropa Parlamentindəki mənbələr nüfuzlu Sakharov Düşüncə Azadlığı Mükafatının ukraynalı kinorejissor Oleh Sentsova verildiyini bildirirlər.
Sentsov hazırda Rusiyada 20 illik həbs cəzası çəkir. O, Moskvanın Ukraynanın Krım vilayətini ilhaq etməsinə qarşı çıxırdı, terrorçuluq ittihamları ilə həbs olundu.
Kinorejissor oktyabrın 6-da 145 günlük aclıq aksiyasını dayandırmağa məcbur olunduğunu bildirdi.
Oktyabrın 9-da Avropa parlamentinin xarici işlər və inkişaf komitələri onu üç finalçıdan biri seçmişdi. Adı qısa siyahıda olan digər namizədlər mərakeşli fəal Nasser Zefzafi və Aralıq Dənizindən keçərək Avropaya gedən miqrantların həyatını xilas etməyə çalışan 11 QHT-dir.
Mükafat qalibə dekabrın 12-də təqdim olunmalıdır.
Sovet fiziki və dissidenti Andrei Sakharov-un adını daşıyan bu mükafatı Avropa Parlamenti 1988-ci ildə təsis edib. Məqsəd insan haqları və fundamental azadlıqları müdafiə edən fərdləri və təşkilatları mükafatlandırmaqdır.