Bağçada 14 uşaq bıçaqlanıb

Çində bağça, arxiv fotosu

Çinin cənub-qərbindəki Sıçuan vilayətində bağçaya bıçaqla hücum olunub, azı 14 uşaq xəsarət alıb.

Polisin məlumatına görə, bir qadın mətbəx bıçağıyla uşaqlara hücum edib. İnsident Çongqing şəhərində baş verib.

Yerli medianın yaydığı foto və videoda qanlı paltarlı, üzlərində bıçaq yaraları olan uşaqlar görünür.

Qadın hadisə yerində həbs olunub. Hücumun motivləri bəlli deyil.

Son illər Çində daha çox uşaqlara qarşı bıçaq və balta hücumları tez-tez baş verir.

Bu hücumlara görə adətən şəxsi problemləri olan, yaxud psixoloji problemləri olanlar suçlanır.

Sentyabrda Çində doqquz şagirdi bıçaqla öldürmüş, 11-ni yaralamış bir nəfər edam olunub.