Rusiyalı aktyor Nikolai Karachentsov vəfat edib

Nikolai Karachentsov, 2011-ci il

Populyar rusiyalı aktyor Nikolai Karachentsov 73 yaşında vəfat edib.

Rusiya mediası onun oğlu Andreyə istinadla yazır ki, aktyor oktyabrın 26-da Moskvada bir klinikada dünyasını dəyişib.

Sabah onun 74 yaşı tamam olacaqdı.

Karachentsov bir çox populyar filmlərdəki rollarına görə keçmiş Sovet İttifaqı ərazisində tanınmışdı.

O, 1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində iki rok operada baş rolda çəkiləndən sonra Rusiyada və keçmiş sovet respublikalarında gənclər arasında özəlliklə məşhurlaşdı.

Karachentsov 2005-ci ildə keçirdiyi yol nəqliyyat qəzasında beynindən zədələnmiş, əlil olmuşdu.