Türkiyədə üçtərəfli görüşlər keçiriləcək

Elmar Məmmədyarov, Cavad Zərif və Mövlut Çavuşoglu

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin sabah, oktyabrın 29-da İstanbulda görüşü olmalıdır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə üçtərfli əlaqələrin, beynəlxalq və regional məsələlərin müzakirəsi gözlənir.

Görüş bu formatda tərəflərin VII toplantısı olacaq.

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin VI görüşü ötən il sentyabrın 6-da Bakıda keçirilmişdi.

Azərbaycan, Türkiyə və İran

Bir gün sonra, oktyabrın 30-da isə İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin VI toplantısı gerçəkləşməlidir.

“Toplantıda üç ölkə arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə ediləcək”, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır.

Bu 3 ölkənin xarici işlər nazirləri arasında sonuncu görüş isə ötən il dekabrın 20-də Bakıda keçirilib.