Butina nəyi öyrənirmiş

Maria Butina

ABŞ-da prokurorların gizli agentlikdə suçladığı rusiyalı Maria Butina Vaşinqtonda qeyri-kommersiya qurumlarının kibermüdafiəsini öyrənirmiş. Bu araşdırmanı “The Associated Press” agentliyi aparıb.

Butina-nın kollec tapşırığı media azadlığı və insan haqları üzrə ixtisaslaşmış ABŞ qeyri-kommersiya təşkilatları barədə informasiya toplamaq imiş. Bu informasiya qrupların vacib sayılacaq zəifliklərini üzə çıxaracaq, Rusiya hökumətinə də maraqlı olacaqdı.

Bundan öncə rusiyalılar Butina və digər tələbələrin əlaqə saxladığı azı iki qrupla maraqlanmışdı.

Butina iyulda saxlanmışdı. O zaman xəbər mediası onun Kreml rəsmiləri ilə əlaqələri barədə çoxsaylı suallar ortaya qoyurdu.