ABŞ-a başsağlığı

İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa bu ölkənin Pittsburq şəhərində sinaqoqa hücum zamanı ölənlərlə bağlı başsağlığı verib.

İ.Əliyev Pittsburqda baş verənlərdən kədərləndiyini ifadə edib.

«Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm», - Azərbaycan prezidenti yazıb.

Oktyabrın 27-də ABŞ-ın Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində 11 nəfərin öldüyü bildirilir.

Verilən məlumatlara görə, ölənlərin səkkizi kişi, üçü qadındır. Hücum edənə atəş açıb zərərsizləşdirən polis zabiti də daxil olmaqla 6 nəfərin hadisə zamanı yaralandığı vurğulanır.