Ermənistan Yuri Khachaturov-u geri çağıra bilər

Yuri Khachaturov

Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərini geri çağıra bilər.

Yuri Khachaturov-a bu ilin əvvəlində ittiham irəli sürülüb, o, müdafiə nazirinin müavini olarkən ölkənin konstitusion quruluşunu dəyişmək cəhdində suçlanır.

Moskvada mənzillənən KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Belarusda səfərdə olan Prezident Armen Sarkisian jurnalistlərə deyib ki, Khachaturov-un vəzifəsindən çağrılması üçün “müəyyən hüquqi proses” aparılmaqdadır.

“Khachaturov Ermənistan Respublikasını təmsil etməsi faktını nəzərə alsaq, prinsipcə, Ermənistanın öz təmsilçisinin KTMT-nin baş katibi postunda qalıb-qalmamasına qərar vermək hüququ var. Görünür, Ermənistan onu geri çağıracaq”, – Sarkisian deyib.

Khachaturov-a ittihamlar 2008-ci ilin prezident seçkisindən sonrakı iğtişaşlarla əlaqədar irəli sürülüb. Eyni ittihamlarda keçmiş prezident Robert Kocharian da suçlanır.

66 yaşlı Khachaturov Gürcüstandan anadan olub. O, 2008-2016-cı illərdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub. Etirazlar zamanı isə müdafiə nazirinin müavini idi.