Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib.
Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.
Dövlət başçısı Azərbaycanın Fələstinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini deyib. O, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsini bunun bariz nümunəsi adlandırıb.
Prezident İ.Əliyev vurğulayıb ki, BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Azərbaycan Fələstin məsələsinin «iki dövlət» prinsipi əsasında həllini dəstəkləyir.
R.Əl-Maliki isə öz növbəsində Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etdiyindən ötrü prezident İ.Əliyevə minnətdarlığını bildirib.
Xatırlatma
İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds (Yerusəlim) şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.
BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli məqsədilə çoxsaylı qətnamələr qəbul etsə də, tərəflər onlara əməl etməyiblər.