Dünya liderləri Fransaya yığışır

Rusiyada plakat

1-ci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətliə Fransada bir həftəlik tədbirlər başlanıb. Dünyanın 80-dək ölkəsinin liderlərinin bu tədbirlərə qatılacağı gözlənir.

Fransa Prezidenti Emmanuel Macron noyabrın 4-də almaniyalı həmkarı Frank-Walter Steinmeier-i Strasburq şəhərində qəbul edib. Onlar birlikdə şəhərin baş kilsəsində konsertə gediblər.

Macron ölkədə yüzminlərlə əsgərin həlak olduğu döyüş meydanlarının yerində anım tədbirlərinə də ev sahibliyi edəcək.

ABŞ Prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə birlikdə noyabrın 11-də yekun tədbirə qatılacaqlar. ABŞ rəsmiləri onların qısa müddətə bir araya gələcəyini bildiriblər.

Fransa rəsmiləri sərt təhlükəsizlik tədbirlərinin görüləcəyini bildiriblər. Son üç ildə Fransada bir neçə hücum törədilib, onlarla adam həlak olub. Həmin hücumlara görə islamçı yaraqlılar günahlandırılıb.

1-ci Dünya Müharibəsi Osmanlı, Rusiya, Almaniya və Avstriya-Macarıstan imperiyalarının sonunu gətirdi. Münaqişədə azı 16 milyon nəfərin həlak olduğu bildirilir.