Amaliya Pənahova vəfat edib

A.Pənahova

Aktrisa Amaliya Pənahova ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, mərasim noyabrın 9-da saat 11:00-da başlayacaq.

+++

Aktrisa, keçmiş deputat Amaliya Pənahova noyabrın 8-də 73 yaşında vəfat edib.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyindən də təsdiqləyiblər. Ancaq ölümün səbəbi, hələlik, açıqlanmayıb.

A.Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olub.

O, 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib.

Bir çox teatr tamaşalarında və kino filmlərdə rol alıb.

Ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in Xalq artisti fəxri adı verilib.

O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmışdı. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.