Leysan gözlənir

Yağış

Noyabrın 9-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysana keçəcəyi gözlənir. Şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeronda gecə 8-10, gündüz 14-16 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında isə noyabrın 9-da havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı proqnozlaşdırılır. Gecə 7-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təxmin edilir.