DSK: İnflyasiya 2.4 faizdir

Supermarket

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrünə nisbətən 2.4 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, noyabrın 12-də yaydığı məlumatda belə yazılıb.

DSK bildirir ki, ərzaq məhsullarının qiymətləri 2.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2.8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2.6 faiz artıb.

DSK məlumatına görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0.2 faiz yüksəlib: «O cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.1 faiz bahalaşıb».

Xatırlatma

DSK-nın məlumatına görə, 2017-ci ildə Azərbaycanda inflyasiya 13 faiz civarında olub. Müstəqil ekspertlər DSK-nın məlumatına şübhə edirlər, onlar inflyasiyanın daha yüksək olduğunu düşünürlər.