Pakistanda qızların təhsil durumu ‘bərbaddır’

Pakistanlı qız Ansa Khan böyük bacısı və qonşuları ilə tütün yığır

Pakistanda siyasi təhlükəsizliyin olmaması, silahlıların yol verdiyi zorakılıqlar, yoxsulluq, dövlət repressiyası nəticəsində təhsil sistemi dünyada ən qüsurlular sırasındadır və uşaqların təhsilinin yaxşılaşdırılmasına əngəllər var.

“Human Rights Watch” bu haqda bu gün – noyabrın 13-də açıqladığı hesabatda söz açır.

“Qızımızı yedizdirim, yoxsa təhsil verim? Pakistanda qızların təhsilinə əngəllər” adlı hesabatda deyilir ki, 2015-ci ildən bəri Pakistanda təhsil, özəlliklə də qızları üçün təkmilləşdirilməyib. O zaman Osloda keçirilən beynəlxalq sammitdə Pakistan “dünyada təhsilin səviyyəsi ən pis olan ölkələrdən biri” elan olunmuşdu.

Sənəddə deyilir ki, ölkədə 22 milyondan çox uşaq məktəbə getmir. İbtidai sinif yaşlı qızların üçdə biri, ölkədəki oğlan uşaqlarının isə 21 faizi təhsil ala bilmir.

Hesabat qızların təhsil almamasının ölkədə gender bərabərsizliyini daha da dərinləşdirməsindən söz açılır.

Hökumətin 2016-cı ildə açıqladığı informasiyaya görə, 60 milyon pakistanlı, yəni 6,8-7,6 milyon ailə yoxsulluq içində yaşayır. Bu, Pakistan əhalisinin 30 faizi deməkdir.

HRW hökuməti təhsilə daha çox resurs ayırmağa çağırır.