Daşkəsəndə yanğında 5 nəfər ölüb

Yanğın

Daşkəsən rayonunun Quşçu qəsəbəsində 5 nəfərin ölümlə nəticələnən yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) noyabrın 14-də yaydığı məlumatında bildirilir. Həmin məlumata görə, ölənlərdən 4-ü uşaqlar olub.

FHN bildirir ki, ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli, 3-otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və yaxınlıqda olan 10 ton ot bağlaması yanıb.

Yanğının səbəbi, hələlik, açıqlanmır, araşdırma aparılır.