Mərkəzi Amerikadan olan qaçqınların ilk dalğası ABŞ-a çatdı

ABŞ-Meksika sərhədi

Mərkəzi Amerikadan olan qaçqınların ilk dalğası artıq son məntəqədə ABŞ sərhədindədir. ABŞ hökuməti onları sərhəddə dəmirdən və tikanlı məftillərdən çəkilmiş sədlə qarşılayır.

Yaxın günlərdə sərhəd daha keçilməz olacaq, çünki ABŞ əsgərləri sərhəddə tikanlı məftillərdən əlavə səd qurmağı planlaşdırırlar.

Texas, Arizona və Kaliforniya ilə sərhədə bir neçə min hərbçi göndərilib.

ABŞ medafiə naziri Ceyms Mettisin də ilk dəfə sərhədə gələcəyi gözlənir.

Artıq 1 aydır ki, Mərkəzi Amerika ölkələrindən ABŞ-a doğru minlərlə qaçıqn hərəkət edir.

Onlar öz ölkələrindəki yoxsulluq və daxili münaqişələrdən qaçırlar.Amma Ağ ev onları ürəkdən qarşılamaq fikrində deyil.

Prezident Donald Trump onların ölkəyə buraxılmaması üçün bütün mümkün vasitələrə əl atır və qanunsuz miqrantlara sığınacaq verilmməsini nəzərdə tutan fərman da imzalayıb.