Rusiya səfirliyi yanında şübhəli əşya aşkarlanıb

Almaniyadakı Rusiya səfirliyi yaxınlığında etiraz aksiyası, 12 iyun, 2018-ci il

Noyabrın 14-də axşam Almaniya polisi Berlindəki Rusiya səfirliyinin ətrafını boşaldıb. Səbəb səfirliyin yaxınlığında saxlamış avtomobildə şübhəli əşyanın aşkarlanmasıdır.

Polisin sözçüsü avtomobil sahibinin saxlandığını bildirib.

Ərazidəki şübhəli əşyanı tədqiq etməyə ekspertlər göndərilib. Rusiyanın TASS agentliyi noyabrın 15-də səhər bir polis əməkdaşına istinadla yazıb ki, təhqiqatçılar təhlükə aşkarlamayıblar və ərazini tərk ediblər.

Səfirliyin yerləşdiyi Unter den Linden küçəsi bir sıra səfirliklər, otellər, muzeylər, tamaşa zallarının məskənidir.

Polis avtomobil sahibinin niyə saxlandığını açıqlamayıb.

TASS səfirliyin mətbuat xidmətinə istinadla yazıb ki, Polşadan olduğu güman edilən xarici vətəndaş Polşa lisenziya nömrəli avtomobilini səfirlik binasının yaxınlığında saxlayıbmış.

“Avtomobili saxlayandan sonra o, diplomatik missiyaya girərək qorumayla təmin olunmasını istəyib. Polislər onu saxlayıb. Onun zehni xəstə olduğu güman edilir”, – TASS mətbuat xidmətinə istinadla yazıb.