Sənaye istehsalında kiçik artım var

Neft buruğu

2018-ci ilin yanvar-oktyabr aylarında ölkədəki sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 40 milyard manatlıq məhsul istehsal ediblər.

Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 15-də yaydığı məlumatda belə yazılıb.

DSK bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.5 faiz çox sənaye məhsulu istehsalı deməkdir.

«Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10 faiz, neft sektorunda isə 0.2 faiz artıb», - məlumatda vurğulanır.

Sənaye məhsulunun 73.4 faizi mədənçıxarma, 22 faizi emal, 3.9 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi, təchizatı, 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşür.

«Mədənçıxarma sektorunda neft hasilatı 0.1 faiz, əmtəəlik qaz hasilatı isə 3.5 faiz artıb», - DSK bildirir.