'Sədərək'də yanğın [Video]

Yanğın söndürülüb

«Sədərək» Ticarət Mərkəzinin ərazisində baş verən yanğın söndürülüb.

Ticarət Mərkəzindən AzadlıqRadiosuna deyiblər ki, Fövqəladə Hallar Nazirliyindən gələn yanğınsöndürənlər hadisənin genişlənməsinə imkan verməyiblər, yanğın söndürülüb.

+++

Bu gün, noyabrın 16-da «Sədərək» Ticarət Mərkəzində yanğın başlayıb.

Mərkəzdəki satıcıların deməsinə görə, yanğın bazarın anbarında baş verib.

Yanğının söndürülməsi işləri gedir. Hələlik, yanğının baş vermə səbəbi açıqlanmır.