Nikki Haley vitse-preziden ola bilər

Donald Trump və Nikki Haley

ABŞ-ın BMT-ki nümayəndəsi Nikki Haley vitse-prezidentliyə namizəd ola bilər.

Bu barədə “New York Times” ABŞ prezidentinin ətrafına istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə prezident Donald Trump hazırkı vitse-prezident Mike Pence-nin loyallığına şübhə edir və onu dəyişmək fikrindədir.

Qəzet yazır ki, Haley Trump-ın qızı İvanaya yaxın adamdır.

Jurnalıistlər hesab edirlər ki, Haley qadın seçicilərin səsini qazanmaqda Trump-a kömək edə bilər.

Amma Ağ evin nümayəndəsi “New York Times”-la söhbətində qeyd edib ki, Trump Pence-ni tam dəstəkləyir.

Haley oktyabrın əvvəllərində BMT-nin daimi nümayəndəsi vəzifəsindən istefaya gedib.

Amma ilin sonunadək öz səlahiyyətlərini davam etdirəcək.

Trump həmin vaxt demişdir ki, Haley gələcəkdə onun administrasiyasına dönəcək.