Kiyevdə transgender yürüşünə radikallar hücum edib

Tibb işçiləri hücuma məruz qalmış yürüşçülərə yardım edir

Kiyevdə transgender hüquqları fəalları nümayişlərini dayandırmalı olublar. Belə ki, onlara qarşı çıxanlar bir neçə etirazçıya, tədbiri işıqlandıran kanadalı jurnalistlə hücum ediblər.

Tədbir iştirakçıları polisi 40-dək LGBT fəalını qoruya bilmədiyinə görə tənqid edib. Onlar noyabrın 18-də – Beynəlxalq Transgender Anım Günündə Şevçenko parkında icazəli aksiya keçirmək istəyirdilər.

Nümayişçilər əllərində göy qurşağı rəngində bayraqlar, “Transfobiya dayandırılmalıdır” plakatları qaldırıblar. Ancaq parka 100-dək “dini radikal fəal və ifrat-sağçı qrup təmsilçisi” gəlib.

AzadlıqRadiosu-nun əməkdaşı nümayişçilərə hücum çəkənlərin qarşısını almaqdan ötrü cəhd göstərmədiyini bildirir. Amma sonradan toqquşmaları önləmək üçün onların yürüşçülərə yaxınlaşmasına imkan verməyib.

İki qadın fəal hücuma məruz qalıb, onların üstünə gözyaşardıcı qaz buraxılıb. Kanadalı jurnalist Michael Colborne da gözyaşardıcı qaz hücumuna məruz qalıb.

Ukrayna IGBT hüquqları üzrə təşkilatın rəhbəri Olena Shevchenko Facebook-da yazıb ki,görünür, Ukrayna ultra-radikalların nəzarəti altındadır”.