Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsi ilə əlaqəli şirkət Facebook-u məhkəməyə verib. Səbəb sosial şəbəkənin onu platformadan çıxarmasıdır.
Federal Xəbərlər Agentliyi MMC adlı şirkət noyabrın 20-də ABŞ Kaliforniya Dairə Məhkəməsində iddia qaldırıb, özünün qanuni xəbər orqanı olduğunu bildirir, profilinin bərpasını tələb edir.
Sankt Peterburqda mənzillənən bu şirkətə qarşı ötən ay Virciniya ştatında iddia qaldırılıb, mühasibi 2016-cı ildə seçkiyə müdaxilə cəhdiylə bağlı ittiham olunur.
Facebook apreldə şirkətin hesablarını bağlayıb. O zaman xüsusi prokuror Robert Mueller Rusiyanın İnternet Araşdırmaları Agentliyinə qarşı da ittiham irəli sürüb, onun ABŞ sosial mediasında dezinformasiya, narazılıq yaydığı bildirilib.
Facebook ümumilikdə 270 rusdilli hesabı və səhifəni bağlayıb.