Gəncədə partlayışa görə cinayət işi açılıb

Yaşayış binasında partlayış

Dünən, noyabrın 20-də Gəncə şəhərində yaşayış binasında baş vermiş partlayışa görə cinayət işi açılıb.

Bu haqda «Turan» agentliyinə Gəncə Şəhər Prokurorluğundan bildiriblər.

Məlumata görə, partlayış olayı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri üzrə araşdırılacaq.

Xatırlatma

Noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olub.

Partlayışda binanın girişlərindən birindəki mənzillər dağılıb.

Rəsmi məlumata görə, 3 nəfər ölüb. Bir nəfərin isə ağır xəsarət aldığı bildirilir. Olayın ilkin olaraq qaz sızmasından baş verdiyi ehtimal edilirdi.