Amerikalını adada yaşayan qəbilə qətlə yetirib

Kiçik Andaman Adası

Benqal körfəzində bir adada ətraf mühitdən təcrid halında yaşayan qəbilə buraya ayaq basan amerikalını qətlə yetirib.

John Allen Chau adlı şəxs Hindistana məxsus Şimali Sentinel Adasına qanunsuz gedib.

Sentinel qəbiləsinin yaşadığı bu ərazi turistlər üçün qapalı sayılır və bu qəbilə kənar şəxsləri ox-yayla vurub öldürməsi ilə ad çıxarıb.

Polislər 27 yaşlı amerikalının adaya getməsinə yardım etmiş yeddi balıqçını saxlayıb.

Chau-nun qohumları Instagram-da bəyanat yayaraq “sevimli oğul, qardaş, dayı və hamının dostunun” yasını tutduqlarını yazıblar.

Ailə saxlananların buraxılmasına çağırıb.

Sosial media paylaşımlarına əsasən demək olar ki, Chau son bir neçə ildə dəfələrlə Hindistanda olub, ölkənin cənubunda bir sıra yerləri öyrənib.