İranlı hüquqşünasın həbsdən buraxıldığı deyilir

Abdolfattah Soltani

İranın tanınmış insan haqları fəalı Abdolfattah Soltani yeddi ildən sonra həbsdən azad edilib. Bu haqda yerli media yazıb. Yarırəsmi ISNA xəbər agentliyinin noyabrın 21-də yazmasına görə, Abdolfattah Soltani artıq ailəsinə qovuşub, İnqilab Məhkəməsi bir gün öncə onun azadlığa çıxması barədə qərar verib.

IRNA Soltani-nin vəkili Saeed Dehghan-a istinadla onun şərti azadlığa buraxıldığını yazıb. Amma ailəsindən informasiyanı təsdiqlətmək cəhdləri baş tutmayıb.

İran qanunlarına görə, məhkumlar cəzanın azı yarısını çəkəndən sonra şərti azadlığa buraxılırlar.

Soltani Nobel Sülh Mükafatı laureatı Shirin Ebadi ilə birlikdə İnsan Haqları Müdafiəçiləri Mərkəzini yaradıb. Bu mərkəz sonradan İranda qadağan olunub.

O, 2011-ci ilin sentyabrında həbs olunaraq 13 il həbs cəzasına məhkum edilib. Hüquqşünas “sistemə qarşı təbliğat yaymaq”, “qanunsuz müxalifət qrupu yaratmaq”da suçlanıb.